SƏTƏM
“FATEH Construction”MMC öz fəaliyyətində SƏTƏM siyasətini düzgün və davamlı surətdə həyata keçirərək, onu müştərilərinə münasibətdə yürütdüyü siyasətlə əlaqələndirir. Bu siyasət təhlükəsizliyin, Bu siyasət təhlükəsizliyin, sağlamlığın və ətraf mühitin mühafizəsinin lazımi səviyyəsinin mütləq surətdə qorunub saxlanılması şərtilə tikintidə və yanaşı sahələrdə biznesimizin xarakterinin anlaşılması nəzərə alınaraq işlənib hazırlanmışdır. Təqdim edilən siyasət o qədər aydındır ki, şirkətin hər bir əməkdaşı və istənilən səviyyəli işçi onu asanlıqla başa düşür. Sistem əməkdaşların, onların öz vəzifələrini yerinə yetirərkən riski və təhlükəni mümkün qədər azaldılması məqsədilə, fəaliyyətinin idarə edilməsi və nəzarət altında saxlanılması üçün işlənib hazırlanmışdır. Sağlamlığın qorunması və ətraf mühitin mühafizəsi siyasətimizin əsas məqsədidir. Bu siyasətlərin nüsxələri layihə yerlərində, işçi qruplarının yığıncaqlarında və digər əməliyyat sahələrində ümumi tanışlıq üçün təqdim edilmişdir.
“FATEH Construction” MMC-nin rəhbərliyi SƏTƏM tələblərinə tam və dəqiq əməl edərək onları şirkətin müxtəlif fəaliyyət sahələrində bir öhdəlik kimi müəyyənləşdirmişdir.